Sizin reklam burada
Sizin reklam burada

"Qərar konsensus əsasında olmalıdır"

"Qərar konsensus əsasında olmalıdır"
Bakı bizi ittiham edir ki, xalq (Qarabağdakı erməni icması – red.) başqa fikirdədir, biz müdaxilə edirik, Ermənistanda da siyasi qüvvələr var ki, bizi Azərbaycan siyasətini aparmaqda ittiham etməyə çalışırlar. Bizim üçün hər iki tərəfin məqsədi eynidir: “artsax hakimiyyətini” dağıtmaq, “artsaxda” mövcud olan institutları məhv etmək.
Bu sözləri Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsində yerləşən rus sülhməramlıların məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan separatçı-terrorçu dəstəsinin başçısı Araik Arutyunyan deyib.
“Qarabağda istənilən həyati əhəmiyyətli qərar konsensus əsasında olmalıdır. Bugünkü müsahibəmin məqsədlərindən biri “artsax xalqı”na çatdırmaq, onları əmin etməkdir ki, “artsaxın gələcəyi”, onun həyati maraqları və “öz müqəddəratını təyinetmə hüququmuz”la bağlı hər hansı qərar konsensus əsasında veriləcək. Bu günlərdə geniş müzakirələr apardım və davam etdirəcəyəm. Hansı qərar qəbul olunsa, bu, “artsax xalqı”nın maraqlarına cavab verməli, onlar üçün başadüşülən və məqbul olmalıdır”, - o bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş