Sizin reklam burada
Sizin reklam burada

"ABŞ-ın hərbi mövcudluğu təhlükəli inkişafı göstərir”

"ABŞ-ın hərbi mövcudluğu təhlükəli inkişafı göstərir”
ABŞ-ın Yunanıstandakı hərbi mövcudluğunun genişləndirilməsi dövlət üçün risklər yaradır.
Bu barədə Yunanıstan Kommunist Partiyası bəyanat yayıb.
“Yunan adalarında yeni hərbi bazaların yaradılması və ABŞ-ın ölkədəki hərbi mövcudluğunu genişləndirilməsi təhlükəsizlik məsələsini gündəmə gətirir. Bu, həm yunan xalqına, həm də regionun digər sakinlərinə, eləcə də ölkəmizin suveren hüquqlarına qarşı yönəlmiş, sözlə ifadə olunmayan ölçüdə vəziyyətin təhlükəli inkişafını göstərir”, - bəyanatda qeyd edilib.
Bildirilib ki, hakimiyyət ABŞ-la hərbi bazalarla bağlı gizli dialoq aparır və artıq dövlətin adalarını “NATO ərazisi” olaraq adlandırır:
“Təhlükəli Amerika-Yunanıstan razılaşmalarının ləğvi uğrunda mübarizəni gücləndirmək, ölkədəki xarici hərbi bazaları bağlamaq, Yunanıstanı imperialist ittifaqlardan və onların cinayətkar planlarından çıxarmaq lazımdır”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş