Sizin reklam burada
Sizin reklam burada

"Qalibiyyət payı Ukraynanın xeyrinədir"

"Qalibiyyət payı Ukraynanın xeyrinədir"
"Ukrayna və Rusiya müharibədə pilotsuz təyyarələrdən fəal istifadə edir. Bu döyüşdə qalibiyyət payı Ukraynanın xeyrinədir".
Bu barədə “Newsweek” ekspertlərin rəyinə istinadən yazır.
“Mən düşünmürəm ki, Ukraynanın pilotsuz təyyarələrlə bağlı münaqişədə qalib gəldiyinə dair kimdəsə şübhə var"- deyə britaniyalı pilotsuz təyyarələr üzrə ekspert Stiv Rayt bildirib.
Nəşr qeyd edir ki, Ukraynadakı müharibə pilotsuz uçuş aparatları texnologiyalarının inkişafının sürətlənməsinə səbəb olub. Həm Kiyev, həm də Moskva qüvvələrini pilotsuz təyyarələrlə gücləndirmək üçün əllərindən gələni ediblər.
Rayt döyüşün çox ağırlaşdığını bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş