Sizin reklam burada
Sizin reklam burada

"Ukraynaya müdaxilə Kremli üçüncü müharibədən yayındırdı"

"Ukraynaya müdaxilə Kremli üçüncü müharibədən yayındırdı"
“Rusiyanın Ukraynaya müdaxiləsi Kremli başqa bir məqsəddən - Çeçenistana qarşı üçüncü müharibədən yayındırdı. Halbuki son il yarım ərzində İçkeriya ordusu Ukrayna cəbhəsində dirçəlir və öz torpaqlarını azad etməyə hazırlaşır.”
Bu barədə Londonda mühacirətdə olan İçkeriya hökumətinin rəhbəri Əhməd Zakayev Radio NV-yə müsahibəsində danışıb.
Xatırladaq ki, hələ 2022-ci ilin sentyabrında bir neçə günlüyə Zaporojye və Xerson vilayətlərinə gəlmiş Əhməd Zakayev Ukrayna tərəfində 5 çeçen taborunun döyüşdüyünü bildirmişdi. Həmin taborlardan biri mərhum İçkeriya prezidenti Cövhər Dudayevin adını daşıyır.
Ukraynada Rusiya ordusu ilə döyüşmək üçün beşinci çeçen batalyonunun tamamlanması başa çatıb. Hazırda üç batalyon Ukrayna Silahlı Qüvvələrində, daha biri xarici legionun tərkibində döyüşür.

Conflict.az

  • Sosial şəbəkədə paylaş