Sizin reklam burada
Sizin reklam burada

"Bu, NATO-nun özünə hücum olacaq"

"Bu, NATO-nun özünə hücum olacaq"
Ukraynada nüvə silahından istifadə NATO-ya hücum olacaq.
Bunu ABŞ-ın respublikaçı senatoru Lindsi Qrehem bildirib.
"Ukraynada nüvə silahının tətbiqindən danışan rus dostlarıma: Başa düşməlisiniz ki, bu, NATO-nun özünə hücum olacaq" - senator vurğulayıb.
Qrehem öz fikrini Ukraynanın alyans ərazisinə yaxın olması ilə əlaqələndirib.
Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Dmitri Medvedyev Rusiya ərazisinin bir hissəsinin qəsb ediləcəyi təqdirdə Moskvanın nüvə silahından istifadə etmək məcburiyyətində qalacağını bəyan edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş