Sizin reklam burada
Sizin reklam burada

"Rusiya yaxşılaşma əlamətləri görmür"

"Rusiya yaxşılaşma əlamətləri görmür"
Rusiya hakimiyyəti Vaşinqton və Londonun Moskvaya münasibətində yaxşılaşma əlamətləri görmür.
Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Qərb mediasının Rusiya prezidenti Vladimir Putinin imicini təhrif etdiyini açıqlayan amerikalı kinorejissor Oliver Stounun sözlərinin dərci “havanın” yaxşılığa doğru dəyişməsindən xəbər verə bilərmi?" sualına cavab verən Kreml sözçüsü vurğulayıb: "Xeyr, bu sizə elə gəldi, əslində "hava dəyişməyib".
Peskovun sözlərinə görə, Stoun heç kimi günahlandırmayıb, sadəcə öz nöqteyi-nəzərini bildirib. O xatırladıb ki, kinorejissor Putini yaxşı tanıyır.
Qeyd edək ki, 2017-ci ildə Rusiya prezidenti haqqında film çəkən Stoun amerikalı jurnalistləri Putini yanlış təqdim etməkdə ittiham edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş