
Türkiyə öz ərazisində yerləşən 1 milyona yaxın qaçqının Suriyaya qayıtmasını təmin etməyi planlaşdırır.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Bu günə kimi 600 mindən çox məcburi köçkün Suriyaya qayıdıb, biz 1 milyon qaçqının öz vətənlərinə qayıtmasını təmin etməyi planlaşdırırıq. Qaçqınların vətənlərinə qayıdışı Suriyada təhlükəsizlik və sabitliyin səviyyəsi artdıqca davam edəcək” - deyə Rəcəb Tayyib Ərdoğan söyləyib.
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya hazırda respublikada 4,9 milyona yaxın qaçqının yaşadığını qeyd etmişdi.
Conflict.az
