Sizin reklam burada
Sizin reklam burada

"Növbəti addım azərbaycanlıların Ermənistana köçürülməsi olacaq"

"Növbəti addım azərbaycanlıların Ermənistana köçürülməsi olacaq"
Qarabağın təslim olmasından sonra növbəti addım azərbaycanlıların Ermənistana köçürülməsi olacaq.
Bunu bunu Ermənistanın keçmiş baş naziri, “Azadlıq” partiyasının lideri Qrant Baqratyan deyib.
“Əgər indi Ermənistan əraziləri təslim edilmirsə, deməli, daha pis bir şey baş verir - azərbaycanlıların Ermənistanda məskunlaşdırılması” - o bildirib.
Baqratyan qeyd edib ki, danışıqlarda yolların açılması, məcburi köçkünlərin geri qaytarılması məsələlərində Azərbaycanın xeyrinə xüsusi vurğu edilir:
“Artıq Qarabağ məsələsi yoxdur. Məsələ Zəngəzurla Ermənistandır. Qərb və Moskva razılaşırlar ki, burada bir güzəşt edən tərəf var və bu tərəfin güzəştləri sayəsində razılaşma mümkündür.
Azərbaycan müharibəyə Qarabağ uğrunda başladı. Amma Zəngəzuru alaraq sülh müqaviləsiylə bitirir. Çünki Zəngəzurda 60 min azərbaycanlı yaşasa, İrəvandan kimsə nə Qafana, nə də Gorusa gedəcək”.
Baqratyanın sözlərinə görə, Paşinyan Azərbaycana Zəngəzurdan keçən yol vəd edib, amma bunu təmin etməyib, ona görə də Azərbaycan Laçın dəhlizini bağlayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş