Sizin reklam burada
Sizin reklam burada

“Rusiya tam məsuliyyət daşıyır"

“Rusiya tam məsuliyyət daşıyır"
Ukrayna-NATO Şurasının iclası zamanı Şimali Atlantika Alyansı Qara dəniz regionunda müşahidə və kəşfiyyatı gücləndirmək qərarına gəlib.
Bu barədə NATO-dan məlumat verilib.
Məlumata görə, NATO Rusiyanın taxıl sazişindən çıxmaq qərarını, eləcə də bütün dünyada yüz milyonlarla insanın asılı olduğu Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracını dayandırmaq üçün Rusiyanın Ukraynaya cənubunda endirdiyi zərbələri pisləyib.
“Rusiya Qara dəniz bölgəsindəki təhlükəli və gərginləşən hərəkətlərinə görə tam məsuliyyət daşıyır. Rusiya dünyanın ən həssas əhalisini ərzaq təhlükəsizliyi ilə hədələməkdən əl çəkməlidir. Rusiyanın hərəkətləri, həmçinin Qara dəniz regionunun sabitliyi üçün əhəmiyyətli risklər yaradır” - NATO Baş katibi Yens Stoltenberq bildirib.
Həmçinin qeyd edilir ki, NATO dəniz patrul təyyarələri və pilotsuz təyyarələrin köməyi ilə Qara dəniz regionunda müşahidə və kəşfiyyat işlərini gücləndirir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş