Sizin reklam burada
Sizin reklam burada

"Sülh müqaviləsi üzərində iş aparılır"

"Sülh müqaviləsi üzərində iş aparılır"
1991-ci ildə Almatıda keçmiş sovet respublikalarının rəhbərləri tərəfindən imzalanmış Bəyannaməyə tam uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü kontekstində Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi problemi ən həssas məsələ olaraq qalır.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli danışıqların yekunları haqda deyib.
"Bəyannamənin effektivliyi bu gün Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən təsdiqlənib. Buna uyğun olaraq sülh müqaviləsi üzərində iş aparılır. Ermənistan tərəfi müvafiq qanunvericilikdən və beynəlxalq öhdəliklərdən, o cümlədən milli azlıqların hüquqlarının təmin edilməsinə dair çoxsaylı konvensiyalardan irəli gələn hüquqlar barədə razılığa gəlmək üçün Qarabağ ermənilərini mümkün qədər tez Azərbaycan nümayəndələri ilə görüşməyə inandırmağın zəruriliyini başa düşür” - Lavrov bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi öz ərazisində yaşayan şəxslərə münasibətdə qarşılıqlı əsasda eyni zəmanətləri verməyə hazırdır. Ermənilər Ermənistan Respublikasında yaşayan vətəndaşlara bütün konvensiyaların tətbiqi ilə bağlı eyni şeyi etməyə hazırdırlar.
“Məsələlər sadə deyil. Ümid edirəm ki, bugünkü müzakirələr bu və digər sahələrdə danışıqlar prosesinə müsbət təkan verməyə kömək edəcək" - Lavrov bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş