
Rusiya hərbi müdaxilənin başlanğıcında qarşısına qoyduğu məqsədlərini nəzərə alaraq Ukraynada “müharibəni artıq uduzub”.
Bu barədə ABŞ dövlət katibi Entoni Blinken CNN-ə müsahibəsində bildirib.
“Məqsəd Ukraynanı xəritədən silmək, onun müstəqilliyini, suverenliyini aradan qaldırmaq, Rusiyaya tabe etmək idi. Bu, çoxdan uğursuzluğa düçar olub”– diplomat vurğulayıb.
Blinken deyib ki, rusiyalılardan fərqli olaraq “ukraynalılar öz torpaqları, gələcəkləri, ölkələri, azadlıqları uğrunda vuruşurlar”.
Conflict.az