Sizin reklam burada
Sizin reklam burada

"NATO gələn il dağılmağa başlayacaq"

"NATO gələn il dağılmağa başlayacaq"
Şimali Atlantika Alyansı gələn il Ukraynadakı münaqişə səbəbindən dağılmağa başlayacaq.
Bunu amerikalı polkovnik Lourens Uilkerson "Going Underground" nəşrinə müsahibəsində bildirib.
"Bəlkə 12-15 ay sonra NATO-nun dağılmağa başladığını görəcəyik" - deyə Uilkerson deyib.
Onun sözlərinə görə, bu, Ukraynadakı münaqişənin uzanacağı və Vaşinqtonun onun həlli üçün addımlar atmayacağı təqdirdə baş verəcək.
O, həmçinin əmindir ki, NATO-nun dağılması indiki liderləri əvəz edəcək yeni Avropa liderlərinə töhfə verəcək.
Qeyd edək ki, Lourens Uilkerson ABŞ-ın keçmiş dövlət katibi Kolin Pauelin aparat rəhbəri olub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş