Sizin reklam burada
Sizin reklam burada

"Dünyada 10 milyon insanın həyatına təsir edəcək"

"Dünyada 10 milyon insanın həyatına təsir edəcək"
“Rusiya “Taxıl sazişi”nin müddətini uzatmamaqla qlobal ərzaq təhlükəsizliyinə zərbə vurur. Rusiya təşəbbüsün normal fəaliyyət göstərməsinə sistemli şəkildə maneçilik törədir və onların bu qərarı ilk növbədə Afrika və Asiya ölkələrinin əhalisinin, milyonlar ukraynalını və bütün dünyada 10 milyon insanın həyatına təsir edəcək. Ərzaq qiymətlərinin qalxması ilə insanlar aclıq təhlükəsi ilə üz-üzə qalacaq”.
Bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba BMT-nin Nyu-Yorkdakı baş qərargahında jurnalistlərə açıqlamasında deyib.
Nazir Rusiya rəsmilərinin İstanbuldakı Birgə Koordinasiya Mərkəzinin fəaliyyətinə süni əngəllər yaratdığını deyib: “Rusiya İstanbuldakı Birgə Koordinasiya Mərkəzində yoxlamaların sayını bilərəkdən azaldaraq bir-iki gəmi ilə məhdudlaşdırmışdı. İyulun 16-da Odessa limanından sonuncu taxıl gəmisi yola düşüb.
Rusiyanın indi sövdələşmədən çıxması qlobal ərzaq bazarında qiymətlərin dərhal yenidən qalxması və ilk növbədə Asiya və Afrikada ən həssas təbəqəni zərbə altında qoyub. Rusiya bütün dünyada insanlarla aclıq oyunları oynamağı dayandırmalı və siyasəti qlobal ərzaq təhlükəsizliyindən kənarda saxlamalıdır”.
İranın Rusiyaya pilotsuz uçuş aparatları (PUA) verməsi ilə bağlı iddialara münasibət bildirən D .Kuleba, BMT-nin bu mövzuda araşdırma aparmağa çağırıb: “Ukrayna xalqı demək olar ki, hər gün pilotsuz təyyarələrin hücumlarına məruz qalır. İranı heç kim dayandıra bilməsə, biz daha çox hava hücumundan müdafiə sistemi satın almalı olacağıq”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş