Sizin reklam burada
Sizin reklam burada

“Azov” qarşıya qoyulan tapşırığı yerinə yetirməyə hazırdır"

“Azov” qarşıya qoyulan tapşırığı yerinə yetirməyə hazırdır"
"Azov" briqadasının komandiri, polkovnik-leytenant Denis “Redis” Prokopenko rus əsirliyindən azad olunduqdan və Türkiyədən qayıtdıqdan sonra ilk dəfə şəxsi heyətlə görüşüb.
Bu barədə "Azov" briqadasının "Telegram" kanalı xəbər verir.
“Azov” döyüşçüləri ilə görüşdə o, hərbi işlərdən başqa heç bir maraqlarının olmadığını bildirib.
"Ürəyim, ruhum, bədənim "Azova" məxsusdur. Biz sonuncu döyüşçümüzü əsirlikdən qaytarmayana və Ukrayna sərhədlərini 1991-ci il vəziyyətinə qaytarmayana qədər mənim üçün bu müharibə bitməyəcək" - deyə Prokopenko elan edib.
"Bir ildən artıqdır ki, komandirin əsirlikdən qayıtmasını gözləyən “Azov”un şəxsi heyəti onu sıralarında qarşılamağa şaddır və qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə hazırdır" - deyə məlumatda bildirilir.
Qeyd olunub ki, Prokopenko hazırda reabilitasiya mərhələsindədir. Lakin o, yaxın vaxtlarda rəsmi vəzifələrini icra etməyə başlayacaq.

Conflict.az

  • Sosial şəbəkədə paylaş