Sizin reklam burada
Sizin reklam burada

"Epidemiyalar insanlar üçün təhlükə yaradır"

"Epidemiyalar insanlar üçün təhlükə yaradır"
Son zamanlar quş qripinin yayılması təkcə quşlar üçün deyil, insanlar üçün də təhlükə yaradır.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Cenevrədə yayılan birgə məlumatında deyilir.
Qeyd olunub ki, quş qripi epidemiyaları ev quşları, çöl quşları və bəzi məməlilər də daxil olmaqla heyvan populyasiyalarını məhv edib, fermerləri və ərzaq ticarətinin işini ləngidib: “Bu epidemiyalar əsasən heyvanlara təsir etsə də, insanlar üçün daimi təhlükə yaradır. Bioloji cəhətdən insanlara quşlardan daha yaxın olan məməlilərdə sadalanan infeksiyaların aşkar edilməsi halları çoxalıb. Bu da virusun insanlara yoluxmaq üçün daha asan uyğunlaşa biləcəyi ilə bağlı narahatlıqları artırır”.
2022-ci ildə 67 ölkə ev və çöl quşlarında yüksək patogen H5N1 quş qripinin yayılması barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına məlumat verib.
Eyni zamanda, təsərrüfatlarda 131 milyondan çox ev quşu tələf olub və ya məhv edilib. 2023-cü ildə 14 əlavə ölkə, əsasən Amerika qitəsində epidemiyaların baş verdiyini bildirib. 2022-ci ildən bəri, üç qitənin 10 ölkəsi təşkilata məməlilərdə baş verən epidemiyalar barədə məlumat verib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş