Sizin reklam burada
Sizin reklam burada

"Daha çox silah, daha çox həyat mühafizəsidir"

"Daha çox silah, daha çox həyat mühafizəsidir"
NATO-nun Vilnüs sammitindən sonra Ukrayna yeni mühüm müdafiə vasitələri alacaq.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Dövlət başçısı qeyd edib ki, NATO-nun Vilnüsdə keçirilən sammiti zamanı Ukraynanın əsas prioriteti müdafiəsini təmin etməkdir.
"Vilnüsdə işimizi davam etdirəcəyik. Əsas prioritet müdafiəmizdir. Mən tərəfdaşlarımıza yeni addımlar atmağa hazır olduqlarına görə minnətdaram. Döyüşçülərimiz üçün daha çox silah - bütün Ukrayna üçün daha çox həyat mühafizəsidir" - Prezident bildirib.
Bundan əlavə, Zelenski sabah ikitərəfli görüşlərin keçiriləcəyini bildirib. Xüsusən, Amerika, Kanada, Almaniya, İngiltərə, Niderland, Yaponiya və digər tərəfdaşlarla görüşlər olacaq.
"Ukrayna-NATO Şurasının ilk təsis iclası da planlaşdırılır" - Prezident deyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş