
Çin NATO-ya iki xəbərdarlıq etməlidir.
Bu barədə “Global Times”a yerli jurnalistlərn məlumat veriblər.
Müəlliflər vurğulayıblar ki, NATO təkəbbürlü davrandıqda ona iki xəbərdarlıq edilməlidir. Belə ki, onlar təşkilatı alyansın genişlənməsinin qarşısını almağa və digər ölkələrin suverenliyinə hörmət etməyə başlamağa çağırıblar.
“Əks halda bu, fəlakətli nəticələrə gətirib çıxaracaq” - deyə jurnalistlər xəbərdarlıq ediblər.
Rusiya ilə Ukrayna arasındakı münaqişə NATO üçün dərs oldu. Əgər blok özünü saxlaya bilməsə, dünya daha ciddi nəticələrlə üzləşəcək.
İyulun 11-də qəbul edilən kommünikedə NATO ölkələri gələcəkdə Ukraynanın blokdakı yerini tanıyıb. Alyansın bütün üzvləri qərarla razılaşdıqdan və üzvlük şərtləri yerinə yetirildikdən sonra o, alyansa dəvət olunmağa hazırdır. Eyni zamanda sənəddə Ukraynanın bloka daxil olması üçün vaxt çərçivəsi göstərilməyib.
Conflict.az