Sizin reklam burada
Sizin reklam burada

"Dövlətə xəyanətlə məşğul olan agentlər şəbəkəsini zərərsizləşdirməyə nail olduq"

"Dövlətə xəyanətlə məşğul olan agentlər şəbəkəsini zərərsizləşdirməyə nail olduq"
Moldovada sabitliyi pozmaq və dövlətdəki siyasi proseslərə təsir göstərmək məqsədilə dövlətə xəyanət və casusluqla məşğul olan agentlər şəbəkəsi ifşa edilərək zərərsizləşdirilib.
Bu barədə Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Mustyats bildirib.
Kəşfiyyatın məlumatına görə, cinayət işi üzrə təqsirləndirilən şəxslər Moldova və Rusiya Federasiyası vətəndaşlarıdır. Belə ki, şübhəlilər arasında iki rusiyalı da var.
“Biz dövlətə xəyanət və casusluqla məşğul olan agentlər şəbəkəsini zərərsizləşdirməyə nail olduq. Ölkədə sabitliyi pozmağa hazırlaşan bir qrup şəxsə qarşı dövlətə xəyanət və casusluq maddəsi ilə cinayət işi məhkəməyə təqdim edilib” - o qeyd edib.
İTX rəhbəri əlavə edib ki, bunun üçün Moldovaya Rusiyadan qeyri-rəsmi transfer şəbəkələri vasitəsilə təxminən 500 min dollar göndərilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş