Sizin reklam burada
Sizin reklam burada

Bakının separatçı rejimin ləğvi istiqamətində qəti mövqeyi təşvişi artırdı

Bakının separatçı rejimin ləğvi istiqamətində qəti mövqeyi təşvişi artırdı
Qarabağdakı separatçı tör-töküntünün başçısı Araik Arutyunyan təcili iclas keçirib.
İclasda separatçı-terrorçu rejimin oyuncaq “qurumlarının nümayəndələri”, saxta “güc strukturlarının rəhbərləri” iştirakı ediblər.
Toplantıda dərinləşən humanitar və təhlükəsizlik problemlərinin həlli istiqamətində “atılacaq addımlar” müzakirə edilib.
Araik deyib ki, Azərbaycanın Qarabağla bağlı mövqeyinə görə indiki məqamda separatçıların daxili resurslardan səmərəli istifadə etməsi zəruridir.
O həmçinin yenə hansısa “blokadadan” danışıb və “xarici siyasi səylərin aktivləşdirilməsinin zəruriliyini” vurğulayıb.
Qeyd edək ki, rəsmi Bakının separatçı rejimin ləğvi istiqamətində qəti mövqe ortaya qoyması bu saxta qurumda təşvişi artırıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş