
Təşkilatda belə bir hiss var ki, Azərbaycan çoxdan bizim sıralardadır.
Bunu OPEK-in Baş katibi Heysəm əl-Qays deyib.
"Azərbaycan təşkilata üzv olsa, OPEK şad olar" - Qays bildirib.
Eyni zamanda o, OPEK-in Azərbaycana rəsmi dəvət göndərmədiyini qeyd edib.
Öz növbəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov jurnalistlərə bildirib ki, ölkə hələ OPEK-ə daxil olmaq barədə düşünmür: "Bəzən belə suallar yaranır, lakin biz bunu hazırda nəzərdən keçirmirik".
Qeyd edək ki, hazırda Azərbaycan yalnız OPEK+ sazişinin iştirakçısıdır.
Conflict.az