Sizin reklam burada
Sizin reklam burada

Separatçılar çıxılmaz vəziyyətdədirlər

Separatçılar çıxılmaz vəziyyətdədirlər
Xankəndidə hələ də qalan separatçıların “başçısı” Araik Arutyunyanın Rusiya Prezidenti Vladimir Putinə məktub yazması Ermənistanda ciddi müzakirə mövzusuna çevrilib.
Araikin belə bir məktub yazdığı separatçılar tərəfindən ictimaiyyətləşdirilib və burada müxtəlif məqsədlər var, misal üçün, Putini “hami” kimi göstərmək, o cümlədən, qondarma rejimin “əlindən gələni etdiyini” nümayiş etdirmək istəyirlər.
Məktubun məğzi Araikin Putinə yalvarmasından ibarətdir. O cümlədən, baş separatçı Rusiya prezidentindən bundan sonra nə edəcəyinə dair cavab gözlədiyini qeyd edir. Bu məktubdan 3 nəticə çıxır:
Birincisi, separatçılar çıxılmaz vəziyyətdədirlər: bunu Qarabağdakı vəziyyət, rəsmi Bakının addım-addım Xankəndiyə yaxınlaşması da təsdiq edir;
İkincisi, Araik hadisələrin mümkün inkişafına, xüsusilə təslim olacağı təqdirdə buna əsasların yaradılmasına hazırlaşır: çıxış yolu qalmadıqda, “Putin belə bizə kömək etmədi” deyəcək;
Üçüncüsü, Putinə müraciət etməklə Ermənistanda “Paşinyan hakimiyyəti bizə kömək etmir” rəyini gücləndirmək məqsədi daşıyır.
Ermənistanda hesab edirlər ki, separatçıları Putin belə xilas edə bilməyəcək.
Keçmiş xarici işlər naziri Vardanyan Oskanyan bildirib ki, Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyırsa, Araikin Putinə, yaxud Baydenə məktub yazması heç nəyi dəyişdirməyəcək: “Buna görə Araikin müraciət edəcəyi ünvan Ermənistandır”.
“Ermənistan” blokundan olan deputat Andranik Tevanyan da hesab edir ki, Araikin Putinə məktubunun mənası yoxdur.
“Əgər Araik Paşinyana məktub yazmırsa və ondan mövqeyinə görə cavab tələb etmirsə, başqalarına məktub yazması, kömək istəməsi heç bir nəticə verməyəcək. Məktub səhv ünvana yazılıb. Ermənistan kömək etmirsə, başqa ölkə niyə kömək etsin?” – o bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş