Sizin reklam burada
Sizin reklam burada

"Kaxovka SES terror aktına genişmiqyaslı reaksiya verilmədi"

"Kaxovka SES terror aktına genişmiqyaslı reaksiya verilmədi"
Bütün dünya başa düşməlidir ki, ümumi təhlükəsizlik bütünlüklə Zaporojye AES-də işğalçıların hərəkətlərinə qlobal diqqətdən asılıdır. Rusiyanın Kaxovka SES-də törətdiyi terror aktına dünyanın genişmiqyaslı reaksiyasının olmaması Kremli Zaporjye AES-də yeni cinayət törətməyə ruhlandıra bilər.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Təəssüf ki, Kaxovka SES-ə qarşı törədilmiş terror aktına vaxtında və genişmiqyaslı reaksiya verilmədi. Və bu, Kremli yeni pisliyə ruhlandıra bilər. Bunu dayandırmaq dünyada hər kəsin borcudur" - Zelenski vurğulayıb.
Zelenskinin sözlərinə görə, Rusiya aydın şəkildə dərk etməlidir ki, dünya terrorçuların hansı ssenarilərə hazırlaşdığını görür.

Conflict.az

  • Sosial şəbəkədə paylaş