Sizin reklam burada
Sizin reklam burada

“Hökumət polisin və jandarmın tərəfində olacaq”

“Hökumət polisin və jandarmın tərəfində olacaq”
Fransa Prezidenti Emmanuel Makron ölkədəki etirazlarla bağlı Yelisey sarayında toplantı keçirir.
Bu barədə BFM telekanalı məlumat yayıb.
İclasda Baş nazir Elizabet Born, daxili işlər naziri Cerald Darmanin və ədliyyə naziri Erik Düpon-Moretti iştirak edir.
Fransada etirazlar iyunun 27-də axşam saatlarında Paris ətrafında 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayıb. Nanterdə başlayan aksiyalara bir gün sonra Lill və Tuluza sakinləri də qoşulub.

Fransa Prezidenti Emmanuel Makron hökumət üzvlərinə ölkədə asayişin bərpası üçün tədbirlərin görülməsi ilə bağlı göstəriş verib.
Bu barədə BFMTV kanalı məlumat yayıb.
Yelisey sarayında iğtişaşların aradan qaldırılması üzrə operativ qərargahın iclası zamanı dövlət başçısı Fransada baş verənləri anlamaq üçün uzunmüddətli işə başlamağı tələb edib.
“Hökumət polisin və jandarmın tərəfində olacaq” - dövlət başçısı deyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş