Sizin reklam burada
Sizin reklam burada

Qüvvələr gərgin mübarizə aparır

Qüvvələr gərgin mübarizə aparır
Ukraynanın müdafiə qüvvələri Baxmut istiqamətinin cənub cinahında irəliləyir.
Bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
Onun sözlərinə görə, ruslar isə şərqdə Avdeyev, Maryinka, Liman istiqamətlərində irəliləyir: "Onlar Svatov istiqamətində irəliləyib, şiddətli döyüşlər gedir, ruslar Beloqorovka və Serebryankaya hücum edir. Biz Baxmut istiqamətində: cənub cinahında irəliləyirik, qismən uğurumuz var, şimalda döyüşlər davam edir. Düşmən ora iki desant-hücum alayını yerləşdirib. Cənubda Ukrayna Silahlı Qüvvələri gərgin mübarizə aparır, lakin tədricən Berdyansk və Melitopol istiqamətlərində irəliləyir. Qoşunlarımız düşmənin şiddətli müqaviməti ilə üzləşir".

Conflict.az

  • Sosial şəbəkədə paylaş