Sizin reklam burada
Sizin reklam burada

İqbal Ağazadə - Sülh istəyirsinizsə, hüququ ali prinsip kimi tanıyacaqsınız!

İqbal Ağazadə - Sülh istəyirsinizsə, hüququ ali prinsip kimi tanıyacaqsınız!
AŞPA Ermənistan-Azərbaycan sərhədi ilə bağlı qətnamə qəbul edib. (Onların təbirincə, Laçın dəhlizi barədə)
Azərbaycanın heç bir sərhəd nöqtəsində dəhliz yoxdur və ola da bilməz. Çünki ərazimizdə anklav yoxdur ki, biz ora dəhliz verək.
Digər tərəfdən, 30 il torpaqlarımız işğalda qalarkən, təsirli bir addım atmayanların, dağıdılan mülklərimizə, məhv edilən təbiətə, xarabalığa çevrilən tarixi-mədəni abidələrə göz yumanların, olsa-olsa, bəyanatla kifayətlənənlərin bu gün Azərbaycanı ittiham etməsi hüquqa söykənmir, əksinə, siyasi maraqları önə çəkir.
Sizin bu cür ədalətsiz mövqeyiniz Rusiya kimi işğalçı dövlətləri şirnikləndirib, Gürcüstana, Moldovaya, Azərbaycana, Ukraynaya təcavüzə rəvac verdi.
Siz zamanında BMT-nin ölkələri tanıdığı sərhədlər çərçivəsində separatizmə qəti yox desəydiniz, baş verənlərə siyasi maraqlar baxımından deyil, hüquqla qiymət versəydiniz, indi Cənubi Qafqazdan Rusiyanın səsi gəlməzdi. Demokratikləşmə və liberal cəmiyyət quruculuğunda dövlətlər böyük məsafə qət edərdi.
Siz nə etdiniz?
"Dovşana qaç, tazıya tut" dediniz.
İndi də bizdən sərhədi açmağı tələb edirsiniz?
Niyə?
Erməni silah və canlı qüvvə daşısın, bir neçə vaxtdan sonra müharibə yenidən başlasın?!
Sülh istəyirsinizsə, hüququ ali prinsip kimi tanıyacaqsınız!
Ukraynada Rusiya hansı rol oynayırsa, 30 il Ermənistan da bizim torpaqlarda eyni statusla olub. Biri işğalçı, biri isə azadlıq ordusu ola bilməz. Rusiya da işğalçıdır, Ermənistan da. Donetsk, Luqansk da separatçıdır, Qarabağda yaşayan erməni də.
Ya yanaşmalarınız eyni olacaq, ya da...
"Ya da" -sı yoxdur. Sərhəd açılmamalı, Azərbaycan Respublikasının qanunlarına tabe olmayanlar ölkəni tərk etməlidir.
AŞPA isə mənasız və vecsiz qurumdan başqa bir şey deyil.
Tarix və dövlətlər belə mənasız qurumları ya yenidən təşkil etməli və təsir mexanizmlərini düzgün müəyyənləşdirməlidir, ya da hər kəs sadəcə öz problemini həll etməlidir...

Conflict.az

  • Sosial şəbəkədə paylaş