Sizin reklam burada
Sizin reklam burada

“Qeyri-fars millətlər öz müqəddəratlarını təyin etməyə layiqdirlər”

“Qeyri-fars millətlər öz müqəddəratlarını təyin etməyə layiqdirlər”
İranın Zahidan şəhərində etnik bəluclar cümə namazından sonra ənənəvi olaraq etiraz aksiyası keçiriblər.
Bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.
Qeyd olunur ki, etirazçılar “Qeyri-fars millətlər öz ana dilində təhsil almağa, müstəqil siyasi partiyalara sahib olmağa və gələcəkləri üçün öz müqəddəratlarını təyin etməyə layiqdirlər”, “Şeyxə yox, şaha yox!” kimi şüarlar səsləndiriblər.
Qeyd edək ki, bəluclar aylardır cümə günləri rejimə qarşı etiraz aksiyaları keçirirlər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş