Sizin reklam burada
Sizin reklam burada

"Putin bütün lazımi tədbirləri görür"

"Putin bütün lazımi tədbirləri görür"
Rusiya Prezidenti Vladimir Putin “Vaqner”in sahibi Yevgeni Priqojinlə bağlı vəziyyətdən xəbərdardır.
Bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, Putin bütün lazımi tədbirləri görür.
Qeyd edək ki, az öncə Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, “Vaqner”ə qarşı artilleriya və hərbi təyyarələrdən istifadə edərək, böyük əməliyyat keçirdiyini bildirib. “Vaqner” düşərgələrinə endirilən zərbə nəticəsində yüzlərlə vaqnerçinin öldüyü və yaralandığını da iddia edib.
Bunun ardınca Priqojin “hərbi çevriliş elan edib” və Rostova doğru irəliləməyə başlayıb. Şoyqunun Rostovdan qaçdığını bildirən Priqojin onu qorxaq da adlandırıb.
Hazırda isə onun ordusu ilə Moskvaya getdiyi iddia edilir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş