Sizin reklam burada
Sizin reklam burada

Katolikos Ermənistanı dəstəklədiyinə görə İrana minnətdarlığını bildirdi

Katolikos Ermənistanı dəstəklədiyinə görə İrana minnətdarlığını bildirdi
Bütün ermənilərin katolikosu II Qaregin İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zühuri ilə görüşüb.
Erməni mediası xəbər verir ki, tərəflər İran və Ermənistan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.
Səfir iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminliyini ifadə edib.
Regiondakı vəziyyətə toxunan səfir münaqişələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.
“İran üçün Ermənistanın simasında güclü və iqtisadi cəhətdən inkişaf etmiş qonşunun olması çox vacibdir” - diplomat bildirib.
Görüş zamanı katolikos Ermənistanı dəstəklədiyinə görə İrana minnətdarlığını bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş