Sizin reklam burada
Sizin reklam burada

Ermənistan Fransadan hava hücumundan müdafiə sistemi almağı planlaşdırır

Ermənistan Fransadan hava hücumundan müdafiə sistemi almağı planlaşdırır
Ermənistan Fransadan quru əsaslı, qısa mənzilli MİSTRAL “Atlas-RC” Hava Hücumundan Müdafiə (HHM) sistemi almağı planlaşdırır.
Bu barədə "Xəbər AKM" Teleqram kanalı məlumat yayıb.
Qeyd edilir ki, tərkibindəki sensorlar sayəsində sistem gecə-gündüz şəraitində işləyə bilir. Yüngül avtomobillərə tətbiq oluna bilən “Atlas-RC/LIC2ORNE” kombinasiyası yüngül çəkisi hesabına dördtəkərli avtomobillərə də tətbiq oluna bilər. “Link 16” sayəsində 8-ə qədər sistem eyni anda koordinasiyada işləyə bilər.
Qeyd edək ki, bundan öncə Fransanın Ermənistana 50 ədəd SHERPA LİGHT, VAB MK3 və ACMAT BASTİON zirehli transpartyorlarını verəcəyi haqqında da məlumat yayılmışdı.

Conflict.az

  • Sosial şəbəkədə paylaş