Sizin reklam burada
Sizin reklam burada

"Rusiya sülhün bərqərar olmasında maraqlı deyil"

"Rusiya sülhün bərqərar olmasında maraqlı deyil"
"Onun sözlərinə inanmayın və Ukraynanın dinc əhalisinə və infrastrukturuna qarşı təcavüzü davam etdirən rusların hərəkətlərinə baxın".
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı başlamış genişmiqyaslı müharibənin sülh yolu ilə nizamlanmasına sadiq olması ilə bağlı bəyanatlarına münasibət bildirərkən deyib.
O vurğulayıb ki, Rusiya sülhün bərqərar olmasında və müharibənin dayandırılmasında maraqlı deyil: "Kiyevi bombalayan, mülki və enerji infrastrukturunu, yaşayış binalarını, xəstəxanaları vuran Rusiyanın hərəkətlərindən aydın olur ki, onların sülhün bərqərar olmasında və bu müharibənin dayandırılmasında ciddi marağı yoxdur".

Conflict.az

  • Sosial şəbəkədə paylaş