Sizin reklam burada
Sizin reklam burada

“ABŞ Vladimir Putinə imkan verir"

“ABŞ Vladimir Putinə imkan verir"
“ABŞ Vladimir Putinə imkan verir ki, Ukraynada döyüş meydanında əlindən gələni etsin”.
Bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
“Fikrimcə, Qərb ölkələrinin, məsələn, ABŞ-ın bu müharibəyə öz yanaşması var. Əsas məqsəd Putinin Rusiya Federasiyasının bütün hərbi maşınını döyüş meydanına çəkməsidir. Bizim missiyamız isə onu üyütməkdir” - ekspert bildirib.
Onun sözlərinə görə, Ukrayna və Qərbin maraqları üst-üstə düşsə də, ordu Qərbdən texnika və silah təchizatından asılıdır.
“ABŞ Putinə imkan verir ki, döyüş meydanında əlindən gələni etsin. Bizim missiyamız onları mümkün qədər məğlub etməkdir. Əks halda, hələ ötən ilin yazında bizə silah verərdilər və həmin il hər şey bitə bilərdi. Biz hələ də uzaqmənzilli raketlər və təyyarələr almamışıq, baxmayaraq ki, bütün həll yolları var, görünür, bütün maneələr aradan qaldırılıb” - danov vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş