Sizin reklam burada
Sizin reklam burada

"Tərəfdaşlarımızla müzakirələr aparırıq"

"Tərəfdaşlarımızla müzakirələr aparırıq"
Ukraynaya tədarük edilən silah növlərinin artırılması Vaşinqtonun Kiyevin təhlükəsizlik ehtiyaclarını qarşılayan strategiyasıdır.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel deyib.
“Ukraynalı partnyorlarımızın ehtiyac duyduğu texnologiya və silah növləri ilə bağlı müttəfiq və tərəfdaşlarımızla yaxın koordinasiyada müzakirələr aparırıq. Bu, Ukraynanın təhlükəsizliyini dəstəkləməyə yönəlik strategiyamızdır” - deyə department rəsmisi bildirib.
Patel eyni zamanda ABŞ-ın nüvə qüvvələrinin hazırlıq səviyyəsinin dəyişdirilməsinə də heç bir səbəb olmadığını söyləyib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş