Sizin reklam burada
Sizin reklam burada

“Terrorizmlə mübarizəmiz davam edir"

“Terrorizmlə mübarizəmiz davam edir"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İraq Kürd Regional Administrasiyasının rəhbəri Məsrur Bərzani ilə görüşünün terrorizmlə mübarizəyə effektiv təsiri olacaq.
Bu barədə Türkiyə milli müdafiə naziri Yaşar Gülər jurnalistlərə açıqlamasında deyib.
“Terrorizmlə mübarizəmiz qətiyyətlə davam edir. Bu görüşün mütləq təsiri olacaq. Əməkdaşlığı genişləndirəcəyik, sonda müsbət təsirləri olacaq” - deyə nazir bildirib.
Qeyd edək ki, ötən gün Türkiyə lideri R.T.Ərdoğan kürd muxtariyyətinin rəhbəri Məsrur Bərzanini Ankarada Beştəpə Sarayında qəbul edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş