
Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi ilə danışıqlar aparıb.
Bu barədə Ukrayna Prezidentinin ofisi məlumat yayıb.
Zelenski vurğulayıb ki, Zaporojye AES-də qəzanın qarşısını almağın yeganə yolu onun tam silahsızlaşdırılması, işğaldan azad edilməsi və stansiya üzərində Ukrayna nəzarətinin bərpasıdır.
“Görüş zamanı AES-də risklərin minimuma endirilməsi və insidentlərin qarşısının alınması üçün atılmalı olan konkret addımlar, bunun üçün MAQATE ilə qarşılıqlı fəaliyyət yolları müzakirə edilib” - məlumatda deyilib.
Xatırladaq ki, Rusiya silahlı qüvvələri Ukraynaya genişmiqyaslı işğalın ilk həftələrində Zaporojye AES-i nəzarətə götürüb.
Conflict.az