Sizin reklam burada
Sizin reklam burada

"Rusiyanı hərbi səylərini dayandırmaq üçün cəzalandırın"

"Rusiyanı hərbi səylərini dayandırmaq üçün cəzalandırın"
“Ukrayna qoşunlarının hücum əməliyyatları bir neçə həftə və ya aylarla davam edəcək”.
Bu barədə Fransa prezidenti Emmanuel Makron Almaniya kansleri Olaf Şolts və Polşa prezidenti Anjey Duda ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ukraynanın əks hücumu bir neçə gün əvvəl başlayıb və bu, diqqətlə planlaşdırılıb: “Biz münaqişənin başlanğıcından bəri qeyd etdiyimiz çərçivədə onun həyata keçirilməsinə kömək etmək üçün hər şeyi etdik. Rusiyanı hərbi səylərini dayandırmaq üçün cəzalandırın, Ukraynaya müqavimət göstərməyə və əraziləri geri almağa kömək edin, lakin heç vaxt Rusiyaya hücum etməyin və bu münaqişənin eskalasiyasından qaçın”, – deyə Makron qeyd edib.
O, Fransanın Ukraynaya sursat və zirehli texnika tədarükünü artırdığını vurğulayıb: “Biz silah, sursat, zirehli texnika tədarükünü, həmçinin maddi-texniki təminatı gücləndirmişik və yaxın günlərdə və həftələrdə bunu davam etdirəcəyik” – deyə Fransa lideri bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş