Sizin reklam burada
Sizin reklam burada

"Ambisiyalarımızı tərk etməliyik"

"Ambisiyalarımızı tərk etməliyik"
Çeçenistan rəhbəri Ramzan Kadırov "Vaqner"in yaradıcısı Yevgeni Priqojini Rusiya ordusunun döyüşçülərini dəstəklədiyinə görə tərifləyib.
O, bu barədə Teleqram kanalında yazıb.
Kadırov Priqojinin Rusiya ordusunun döyüşçülərini Zaporojye istiqamətində uğurları münasibətilə təbrik etdiyi bəyanatını məmnunluqla oxuduğunu qeyd edib.
O vurğulayıb ki, Zaporojye istiqamətində 6 mindən çox çeçen döyüşçü var: "Biz hamımız öz ambisiyalarımızı tərk etməli, Ali Baş Komandanımız Vladimir Putinin ətrafında birləşməli, ümumi məqsədlər üçün çalışmalıyıq və əsgərlərimizi hər cür dəstəkləməliyik".

Conflict.az

  • Sosial şəbəkədə paylaş