Sizin reklam burada
Sizin reklam burada

"Strateji müttəfiqimiz əlverişsiz həll yolunun tərəfdarıdır"

"Strateji müttəfiqimiz əlverişsiz həll yolunun tərəfdarıdır"
Ermənistan çox ağrılı addımla razılaşdı, çünki strateji müttəfiqimiz Rusiya bizim üçün ən əlverişsiz həll yolunun tərəfdarıdır.
Bu sözləri erməni politoloq Aram Sərkisyan deyib.
O bildirib ki, Azərbaycana təsir etmək və hərbi balansı bərpa etmək iqtidarında olan yeni müttəfiqlər bir çox yerlərdə belə bir həlldən istifadə ediblər və xoşbəxtlikdən, nəticələr pis deyil:
“Ermənistana daha 3-5 il zəmanətli sülh lazımdır, əminəm ki, bundan sonra Azərbaycan sərhəddəki toqquşmalardan, qeyri-sabitlikdən şikayətlənəcək”.
Rusiyanın uduzacağına əminliyini ifadə edən Sərkisyan sonra “növbənin” Azərbaycana gələcəyini iddia edib.
O, regional iqtisadi-siyasi formata qarşı da çıxıb: “3+3 formatlı proqramlarla Qərbi regiondan sıxışdırmağa çalışan liderlər bağışlanmayacaq”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş