
Kosova hakimiyyəti gərginliyi azaltmaq üçün polisi serblərin çoxluq təşkil etdiyi ərazilərdən geri çəkməli, sonra isə serblərin iştirak edəcəyi yeni bələdiyyə seçkiləri keçirməlidir.
Bunu ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Qabriel Eskobar bildirib.
O qeyd edib ki, Priştina Avropa Birliyi və Şimali Atlantika Alyansına doğru irəliləmək niyyətindədirsə, bu addımı atmalıdır: “Əgər Kosova Avro-Atlantik inteqrasiyaya doğru irəliləmək istəyirsə, serb bələdiyyələrinin birliyini yaratmalı olacaq”.
Conflict.az