Sizin reklam burada
Sizin reklam burada

"Vaşinqtonda növbəti danışıqlar raundunu gözləyirik"

"Vaşinqtonda növbəti danışıqlar raundunu gözləyirik"
Azərbaycan ilə Ermənistan arasında birbaşa dialoq davamlı sülhün açarıdır.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel deyib.
"Heç bir cədvəl məlumatını və ya hər hansı mümkün tarixləri təsdiqləmək və ya təklif etmək fikrində deyiləm. Tərəflər Cənubi Qafqaz regionunda dinc gələcək üçün çalışdıqlarına görə biz Vaşinqtonda növbəti danışıqlar raundunu səbirsizliklə gözləyirik. Biz əvvəlki kimi inanırıq ki, birbaşa dialoq davamlı və layiqli sülhə nail olmaq üçün açardır" - Patel qeyd edib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçıları arasında 12 iyunda Vaşinqtonda görüş nəzərdə tutulub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ