Sizin reklam burada
Sizin reklam burada

"Əhalini kəndi tərk etməyə razı sala biləcəyik"

"Əhalini kəndi tərk etməyə razı sala biləcəyik"
Rusiya ordusunun Belqorod vilayətinin sərhədyanı Novaya Tavoljanka qəsəbəsinə nəzarəti itirdiyi təsdiqlənib.
Bu barədə məlumatı Belqorod qubernatoru Vyaçeslav Qladkov təsdiqləyib.
“Bu günə olan məlumata görə, hələ ki, ora daxil ola bilmərik. Rayon rəhbərinin hesabatına görə, 100-ə yaxın adamın orada olduğunu bilirəm. Ümid edirəm ki, vəziyyət dəyişən kimi biz əhalini kəndi tərk etməyə razı sala biləcəyik" - qubernator vurğulayıb.
Qeyd edək ki, daha öncə Rusiyanın Azadlığı Legionu Belqorod vilayətinə tam nəzarət etdikləri barədə video-görüntü yayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş