Sizin reklam burada
Sizin reklam burada

Türkiyənin gəmilərdən əldə etdiyi gəlir 900 milyon ABŞ dollarına çatacaq

Türkiyənin gəmilərdən əldə etdiyi gəlir 900 milyon ABŞ dollarına çatacaq
İyulun 1-dən Türkiyə ticarət gəmilərinin Bosfor və Dardanel boğazlarından keçməsinə görə rüsumları 8,3% artıracaq.
Bu barədə “Aydınlıq” qəzeti məlumat yayıb.
Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsi bildirib ki, “Montrö Boğazları haqqında Konvensiya”ya uyğun olaraq, Türkiyə boğazlarından keçən gəmilərə tətbiq edilən vergi və rüsumların əmsallarında qızıl frankın baza dəyəri 1 iyul 2023-cü il tarixindən etibarən 4,42 ABŞ dolları olacaq.
Məqalədə qeyd edilib ki, Türkiyənin boğazlardan keçən gəmilərdən əldə etdiyi gəlir 2023-cü ildə 900 milyon ABŞ dollarına çatacaq.

Conflict.az

  • Sosial şəbəkədə paylaş