
İrandan Rusiyaya Xəzər dənizi ilə müntəzəm gəmi reysləri açılıb.
Bu barədə İranın Xəzər Dəniz Gəmiçiliyinin baş direktoru Kambiz Cahanbani deyib.
O bildirib ki, İranın Ənzəli limanından Rusiya limanlarına dəniz xətti fəaliyyətə başlayıb: “İndiyədək gəmilərimizin hərəkəti ilə bağlı planlar idxala yönəlmişdisə, indi Xəzər Dəniz Gəmiçiliyi donanmasının hərəkəti ilə bağlı bütün planlar ixraca yönəlib. Xəzər Dəniz Gəmiçiliyi bütün konteyner daşımalarının 75%-ni təşkil edərək, dəniz yolu ilə konteyner daşımalarının lideri və flaqmanıdır”.
Conflict.az