Sizin reklam burada
Sizin reklam burada

"Rusiyada bir milyon etnik gürcü yaşayır"

"Rusiyada bir milyon etnik gürcü yaşayır"
“Gürcüstan ABŞ və Avropanın bu ölkə üçün etdiyi hər şeyə görə onlara minnətdardır, lakin ölkənin öz milli maraqlarına sahib olmaq hüququ var”.
Bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qətərdə keçirilən iqtisadi forumda çıxış edərkən deyib.
“Gürcüstanın Rusiya ilə iqtisadi və ticarət əlaqələri var. Rusiyada bir milyon etnik gürcü yaşayır və bunu nəzərə alsaq, Gürcüstanla Rusiya arasında birbaşa aviareyslərin bərpası təbii haldır” - deyə Gürcüstanın baş naziri vurğulayıb.
Fikrinin davamında İrakli Qaribaşvili söyləyib ki, Gürcüstanın Rusiya ilə hava əlaqələrini bərpa etməsi o anlama gəlməməlidir ki, Tbilisi Moskva ilə hansısa siyasi məsləhətləşmələr aparılır.
Eyni zamanda, İrakli Qaribaşvili bəyan edib ki, Gürcüstan hökumətini tənqid edən ölkələrin bəzilərinin özlərinin Rusiya ilə birbaşa hava əlaqəsi var.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti bir neçə gün əvvəl Gürcüstan və Rusiya arasında hava nəqliyyatının bərpasına mənfi reaksiya verib. Dövlət Departamentinin bəyanatında qeyd olunurdu ki, Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı kütləvi anti-Rusiya sanksiyaları fonunda Gürcüstan və Rusiya arasında birbaşa uçuşların bərpası Vaşinqtonda narahatlıq doğurur.

Conflict.az

  • Sosial şəbəkədə paylaş