
Polşa milli müdafiə nazirinin keçmiş müavini, general Valdemar Skşipçak Belarusda çevriliş olacağını proqnozlaşdırıb.
O, bu barədə “Polsat” telekanalının efirində bildirib.
“Biz Belarusda üsyana hazırlaşırıq, çünki bu baş verəcək” - deyə Skşipçak əminliyini ifadə edib.
O əlavə edib ki, söhbət silahlı çevrilişdən gedir.
“Biz Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı əməliyyat keçirəcək qoşunları dəstəkləməyə hazır olmalıyıq” - deyə general qeyd edib.