Sizin reklam burada
Sizin reklam burada

"Paşinyanı sadəcə tələyə salıblar"

"Paşinyanı sadəcə tələyə salıblar"
Ermənistan Xarici İşlər Nazirliyi mütəmadi olaraq xarici liderlərin bəyanatlarını şərh edir.
Bu barədə "RİA Novosti"nin İrəvandakı diplomatik mənbəsi Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya XİN rəsmisi Mariya Zaxarovanın "onun həmsöhbəti olmadığı" barədə açıqlamasını şərh edərkən bildirib.
"Ermənistan Xarici İşlər Nazirliyi mütəmadi olaraq digər ölkələrin liderlərinin bəyanatlarını şərh edir. Ola bilsin ki, Paşinyanı sadəcə tələyə salıblar" - mənbənin şərhində vurğulanıb.
Qeyd edək ki, Mariya Zaxarova Ermənistan Baş naziri Paşinyanın keçirdiyi brifinqdə “KTMT-nin Ermənistandan çıxması” ilə bağlı açıqlamalarına belə reaksiya vermişdi: “Əgər bu, Ermənistanın KTMT-dən çıxması ilə bağlı lobbiçilik etmək üçün deyilibsə, o zaman bu sözləri manipulyasiya etməyin bütün təhlükəsi başa düşülməlidir. Rusiya KTMT-nin fəaliyyətini yüksəkeffektivli və özünütəsdiqləmiş hesab edir”.
Paşinyan isə cavabında bəyan edib ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi onun sözlərinə münasibət bildirə bilməz.

Conflict.az

  • Sosial şəbəkədə paylaş