
Avropa Birliyi Ukraynaya digərlərindən daha çox müxtəlif növ yardımlar göstərib, onun həcmi 65 milyard avronu keçib.
Axar.az xəbər verir ki, bu barədə AB-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell bildirib.
“Bütün yardım növlərini - hərbi, mülki, iqtisadi, humanitar, maliyyə, qaçqınlara yardım – nəzərə alsaq, Aİ Ukraynanın ən böyük donorudur” - Borrell qeyd edib.
O əlavə edib ki, AB Ukraynaya növbəti makromaliyyə yardımı tranşı kimi 1,5 milyard avro ödəyib.
Conflict.az