Sizin reklam burada
Sizin reklam burada

“Rusiya Çinin vassalına çevrilir"

“Rusiya Çinin vassalına çevrilir"
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Baltikyanı ölkələrin ölkəsinə aid olduğunu iddia edib.
Medvedev Tvitterdəki paylaşımında Litva, Latviya və Estoniyanı “Rusiyanın vilayətləri” adlandırıb.
Rusiya rəsmisi bu ölkələrin Ukrayna müharibəsi zamanı özlərini çirkaba bulaşdırdıqlarını yazıb.
Medvedevin açıqlaması Fransa Prezidenti Emmanuel Makronun ötən günlərdə Moskvanın artıq geosiyasi baxımdan uduzduğu iddiasından sonra gəlib.
“Rusiya faktiki olaraq müəyyən mənada Çinin vassalına çevrilir, həmçinin İsveç və Finlandiyanın NATO-ya üzv olmaq qərarına səbəb olduğu üçün çox mühüm Baltikyanı ölkələrə çıxışını itirib” - Fransa lideri bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş