Sizin reklam burada
Sizin reklam burada

"Ankara və BMT ilə əməkdaşlığı davam etdirəcək"

"Ankara və BMT ilə əməkdaşlığı davam etdirəcək"
Vaşinqton Qara dəniz taxıl təşəbbüsünün daha iki ay uzadılması faktını müsbət qiymətləndirir və onun gələcək fəaliyyəti üçün Ankara və BMT ilə əməkdaşlığı davam etdirəcək.
Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Vedant Patel deyib.
"Biz sazişin uzadılmasını alqışlayırıq" - deyə V.Patel bildirib.
Qeyd edək ki, Türkiyə lideri Ərdoğan sabah başa çatan taxıl sazişinin daha iki ay uzadıldığı barədə məlumat vermişdi.

Conflict.az

  • Sosial şəbəkədə paylaş