Sizin reklam burada
Sizin reklam burada

"Razılaşma əldə etmək çətin deyil"

"Razılaşma əldə etmək çətin deyil"
Bu həftənin sonuna kimi defoltun qarşısını almaq üçün ABŞ-da borc həddinin artırılması ilə bağlı razılaşmalar əldə etmək mümkündür, lakin hazırda tərəflər arasında hələ də ciddi fikir ayrılıqları var.
Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti Ağ Evdə ABŞ prezidenti Co Bayden və əsas ölkə qanunvericiləri ilə məsələni müzakirə etmək üçün keçirilən görüşdən sonra deyib.
"Həftənin sonuna qədər razılaşmanı əldə etmək imkanı var, razılaşmalar əldə etmək o qədər də çətin deyil" - deyə K.Makkartı qeyd edib.
Tərəflər arasında ciddi fikir ayrılıqlarının olub-olmaması ilə bağlı suala o, müsbət cavab verib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş