Sizin reklam burada
Sizin reklam burada

"Müsəlman və türk qadın millət vəkilləri parlamentdə təmsil olunacaqlar"

"Müsəlman və türk qadın millət vəkilləri parlamentdə təmsil olunacaqlar"
Bu ayın 21-i Yunanıstanda parlament seçkiləri keçiriləcək. Yeni qaydalara əsasən, seçkilərə qatılacaq partiyalar təkbaşına hökumət qurmaq üçün 46 faiz səddini keçməlidir. Ancaq aparılan sorğulara əsasən, hansısa partiyanın bu səddi keçməsi real deyil.
Bu barədə "Röyters" agentliyinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, seçkilərdəki yeniliklərdən biri də müsəlman və türk qadın millət vəkillərinin parlamentdə mandat qazanmaq imkanına sahib olmasıdır.
Yunanıstanda bir partiya parlamentə daxil olmaq üçün ən azı 3 faiz səs toplamalıdır. Bir partiyanın təkbaşına hökumət qurması üçün parlamentdəki 300 yerdən 151-ni qazanmalıdır. Bu da ümumi nəticələrin partiyalar arasında necə bölüşdürülməsindən asılıdır. Yəni 3 faiz baryeri olan sistemdə baryerdən aşağı olan partiyaların səsləri kimin qalib gələcəyini müəyyən edir. Çünki səslərin 3 faizinə çatmayan partiyaların aldığı səslər baryeri keçən partiyalar arasında səs nisbətlərinə görə bölünəcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş